Search This Blog

Wednesday, June 2, 2010

Dostoyevski və onun dini baxışları


Dostoyevski yeganə pisixoloqdur ki, mən ondan nə

isə öyrənə bilmişəm.

Fridrix Nitçşe

Bu sözlər-insan təbiətinin dahi bilicisi sayılan F. M. Dostoyevski baradə-dahi filosof Nitçşenin sözləridir. Düzdür, Avropalılar pisxologiya sahəsində Balzakı bütləşdirsələrdə, Dostoyevski öz romanları ilə dünyanı lərzəyə gətirdi və Avropa da fakt qarşısında qaldı. Elə onda Nitçşe “Antxirist” əsərində yazdı:

“Parisdə duyulmayan məsələlər, artıq Sank-Peterburqda duyulmaqdadır” (Balzak, Hüqo, Volter və Dostoyevskiyə işarə)

Əlbəttə bir güclü yazıçı kimi Balzak insan cəmiyyətində (yaxud gübar cəmiyyətdə demək olar) gedən bütün nöqsanlar, çirkinlikləri açıb göstərdi, və çox məharətlə qələmə aldı və beləliklə də oxucunu nevrotik vəziyyətə gətirərək, heç bir çıxış yolu göstərmədən onu buraxır taleyin ixitiyarına. (“Qorio ata” “Şaqren dəri”)

Hüqonun əsərləri isə çox maraqlı olsada, onun dilənçi, qul, məhbus, qəhrəmanları (müvafiq olaraq-Jan Valjan, Buq Jarqal, Hoben) yaşamaq uğrunda mübarizə aparmaqdansa, təmtəraqlı bir, vüqar və comərdlik nümayiş etdirilər. BU isə cəfil üçün qeyri-real bir şeydir, ona görə Nitşçe deyir ki, Hüqoya bağlılıq çox baha başa gəlir oxucuya.

Volterin “Kandid”-i isə başı min bir əziyyət çəkdikdən sonra bildiyi, oxuduğu bütün ədəbi, dini, fələsfi baxışları ataraq türk əfəndisinin (şeyxinin) məsləhətinə qulaq asaraq, ömrünün qalan hissəsini Türkiyənin bir ucqar kəndində müsəlmansayağı həyat sürməyi qərara alır.

Onun “Sadəlövh”-u isə itgilər verə-verə sadəlövlüyündə də qalır. Onun qurtuluşunu isə mütəfəkkir zamanını ixitiyarına buraxır. Deyir ki, zaman hər şeyi müalicə edir. Mətləbdən kənara çıxdığım üçün oxucudan üzr istəyirəm.

Bəs Dostoyevski kim idi onun dahiliyi nədə idi!

XIX əsrin oratalarında parlamış qatı dindar olan F. M, Dostoyevsiki (bəzən bütün iman əhli kimi onuda fanatik, divanə və s. adlandırılar) katorqa və sürgünə kimi qaynar və adi bir həyat yaşamışdır. Adi sözünü biz iman daxilində deyirik. Çünki bu vaxta kimi oda hamı kimi tərəddüdlü bir imana malik idi. Bu barədə o “İdiot” romanınıda belə qeyd edir:

“Kimisi Allaha heç inanmır, amma özüdə də bilmir ki, inanmır, kimisi isə inanır, amma özüdə bilmir ki, o inanır”. Əksər dahilərin həyatıda xəstəliklər, həbs və sürgünlər fövqalədə rol oynadığı kimi (dante, Hüqo, Nitçşe və s.) Dostoyevskinin həbxana illəri onun imanının kamilləşmə dövrüdür. Bunu biz həbsxananın qospitalında xəstə yatarkən, Sonyadan İncilli gətirməsini xahiş edir, ona Lazarın dirilməsi başlığını oxudan Raskolnikovun timsalında görürük.

Ümumiyyətlə isə bir ədib kimi Dostoyevski insan cəmiyyətindəki bütün problemlərin, insanların düşündükləri bütün çətinlikləri səbəbini birmənalı olaraq, insanların Allah yolundan çıxmasında, çxış yolunu isə Allaha iman gətirməkdə, onun buyruq və tövsiyələrinə əml etməkdə görürük desək səhv etmərik. Buna ən əyani sübut “Cinayət və Cəza” romanında Raskolnikovun həbsxanada gördüyü yuxunun mövzusudur. (Yuxu uzun olduğu yazmırıq.) “Cinlər” romanını İncildən “Cin tutmuş adamın əhvəlatı” ilə başlayıb, sonda isə vəhşiləşmiş Stavrogin rahib Tixonun dili olə imana dəvət etməsi çox səciyyəvidir:Tixon deyir: “Tövbə edin, and için, Allah yolu tutun və öz həyatınızı yaşayın, Allah sizi bağışladıqca, özünüzdə özünüzü bağışlayırsınız, beləliklə də qəlbiniz sıxıntıdan qurtarır. Hətta, ən son məqamda belə Dostoyevski oxucuya Allahın mərhəmətindən əlini üzməməyi tövsiyə edir.

“Alçaldılmış və təhqir edilmiş insanlar” romanında da o tək qalmış insanın yeganə qurtuluşunun Allahda olmasını belə göstərir:

Yazıçı öz obrazını dili ilə Nelliyə deyir: “Yetimsən?! Bəs niyə hələd kilsəyə getməmisən?”

Ölülər evindən qeydlər” əsərinin sonunda həbsxanadan çıxan Aleksandr Petroviçə məhbusların dili ilə iki dəfə “Allah amanında” deməsi, qəhrəmanlarının öz dili ilə isə “Alah amanında ölülükdən dirilmə” deməsi çox səciyyəvidir.

Dostoyevskinin yaradıcılığının yekunu sayılan “Karamazov qardaşları” romanı isə sanki, dinə çağırışdır. Əsər İncilin ayəsi ilə başlayır,(İohanna XII başlıq, 24) yazığı qoca çağında öz tövsiyələrini rahib Zosimin dili ilə deyir: “İnsanları günahları ilə birlikdə sevin. Məhz bu Allah sevgisinə uyğun ali sevgidir. Hər şeyi sevdikdə onlarda Allahın sirrini duya bilərsən.

-Sevərək şükr etməkdən guclu bir qüvvə yoxdur...

-Öz tənbəllik və gücsüzlüyünü insanların üstünə atmaqla, şeytani qürur əldə edərsən və Allaha asi olarsan....

-Çalış vuruş və mükafat axtarma. Onsuz da sənin mükafatın böyükdür-ruhi sakitlik-hansı ki, ancaq mömunin qismətidir....

Əsərin sonunda isə uşaqlar Alyoşadan soruşur:

-Karamazov, dində deyilir ki, biz öldükdən sonra diriləcəyik və bir-birimizi görəcəyik. BU düzdürmü?

-Mütləq....deyə Karamazov cavab verir.

Bayaq dahilərin həyatında uyğunsuzluq və xəstəliklərin (əsəb) rol oynadığını qeyd etdik. Bu barədə də görkəmli rus riyaziyyatçısı Sofiya Kovelovskoyanını olduqca maraqlı məlumatına inanmamaq mümkün deyil. O yazır ki, Dostoyevski bizim ailənini yaxın dostu olmuşdur: Bİz bacımla bilirdik ki, o epilepsiya xəstəliyinə mübtəladır, ancaq bu xəstəlik bizim təsəvvürümüzdə elə dəhşətli bir zəhmə malik idi ki, lap cüzi ehyamla da olsa bu məsələyə toxunmağa cəsarət etmirdik. Necə oldusa, Dostoyevski özü bu bu xəstəliyin tarixini bizə danışdı. O dedi ki, bu xəstəlik onda sürgündə olarkən baş vermişdir. Təklik onu bərk sixirmiş, aylarla belə bir nəfərdə olsun canlı görmürmüş ki, oturub əməlli başlı söhbət eləsin. Bir dəfə qəfildən köhnə bir dostu onun yanına gəlir Görüşün sevincində hər şeyi unudurlar, vaxtın necə keçdiyini belə hiss etmədən evin kandarına oturub, söhbətin ləzzətindən bihuş olanadək danışırlar. Onlar ədəbiyyat, incəsənət və fəlsəfədən xeyli söhbət etdikdən sonra, nəhayət dini mövzüya gəlib çıxırlar. Dini mövzuda mübahisə edirlər, yoldaşı ateist idi, Dostoyevski isə dindar.

-Allah var, var!!!!- deyə Dostoyevski həyəcanla qışqırır. Elə həmin dəqiqə kilsənin zənglərinin səhər ibadətinə səsləyən cingiltisi səhərin alatoranlığında əks-səda verdi.

Fyoddor Mixayloviç dedi:

-Hiss etdim ki, göylə yer birləşdi və məni uddu. Mən gerşəkdən allahı dərk etdim və ona qovuşdum. Bəli alah var deyə qışqırdım və sonra heç nə yadımda deyil.

O söhbətini davam etdi: Məhəmməd peyğəmbər Quranda bildririr ki, o cənnəti görmüş və orada olmuşdur. Bu həmin andır ki, aşırılan guzənin suyu dağılmır, amma o həmin əsnada Allahın evinə göz gəzdirməyə macal tapmır.

Yəqin ki,artıq şərhə ehtiyac yoxdur. Ona görə də sizinlə Dostoyevskinin öz qəhrəmanına dediyi sözlərlə ayrılırıq.. “ALLAH AMANINDA”!!!!

Ramazan Seyidov

No comments:

Post a Comment