Elm ruhi mədəniyyətin elə bir formasıdır ki, o sübutlara əsaslanaraq, təbii həyatın öyrənilməsinə yönəlmişdir. Belə tərif təbii ki, bir az anlaşılmazlıq yaradır:
Əgər elm ruhi mədəniyyət olub ruhi mədəniyyət forması kəsb edib təbii həyatı öyrənilmişsə, onda belə çıxır ki, humanitar elmlər elm deyil çünki təbiiət onların öyrənilməsi üçün obyekti deyil. Məlum olduğu kimi elmlər 2 hissəyə bölünür: Təbii və humanitar
Təbii elmlərin obyekti təbiətdir, hansıki astronamiya, fizika, kimya, biologiya və başqa fənnlər öyrənilir. Humanitar elmlərin obyekti isə insan və cəmiyyətdir. Hansıki bunlara psixoligiya, sosiologiya mədəniyyətşünaslıq, tarix və s. ilə aiddir.
Bir məsələyə diqqət verək ki, təbiət elmlərini çox vaxt dəqiq elmlər də adlandırırlar. Çünki, humanitar elmlər təbiət elmlərindəki qədər dəqiqlik və ciddilik xarakterik deyil. Hətta intuitiv olaraq elm dedikdə 1-ci növbədə təbiət elmləri fikrimizə gəlir. (Fizika, kimya, biologiya və s.)
Bu cürədə alim dedikdə gözümüzün önünə sosioloq, psixoloq, tarixçi yox, fizik, kimyaçı, bioloq və s. gəlir. Bundan başqa öz nəaliyyətlərinə görə də dəqiq elmlər humanitar elmləri üstələyir. Öz tarixi boyu dəqiq elmlər nəzərində yaradılmış texnika, fantastik nəticələr:
Primitiv əmək alətlərindən kosmik uçuşlara qədər və süni insan zəkası yaratmağa qədər gəlib çıxmışdır. İnsan cəmiyyətinə gəlincə isə kobud desək hələdə cavabsız qalır. Biz təbiət haqqında özümüz haqqında bildiyimizdən artıq bilirik.
Bu gün cəsarətlə demək olar ki, elm insanların həyatını və onu əhatə edən təbiəti köklü surətdə dəyişmişdir. Yaxşı səmtə yoxsa pis səmtə?! Bu isə hələ çox diskusiyalı qalır. Bir qrup elm və texnikanın müvəffəqiyyətlərini şəksiz alqışlayır, digər qrup isə ETT-ni bir çox bədbəxtliklərin mənbəyi sayır. Hansı haqlıdır bunu gələcək göstərər. Biz isə deyəcəyik ki, elm və texnikanını nəaliyyətləri iki başlı dəyənəkdir. Bu tərəfdən müassir insanı keçmiş əsrlərinin insanı ilə müqayisədə xeyli zəiflədir. Müassir insan keçən əsrlərdəki babaları ilə müqayisədə öz gücünü və imkanlarına görə bir qədər geri qalır.
Elmin güclü inkişafı 17-18-ci əsrlərdə riyaziyyatın inkişafı ilə başlamışdır.Bizim ETT əsrini elmsiz və elmi dərksiz təsəvvür etmək mümkün deyil.
Elmi nəaliyyətlər olmadan biz bu gün mövcud ola bilməzdik. Elm-insan təsəvvürünün əsas forması kimi bizi əhatə edən və biz yaşadığımız mühitin əsas realığı kimi fəaliyyət göstərir.
Platon elmi 3 qrupa bölmürüdü:
-Təsir edən
-Məhsuldar
-Təsəvvür olunan
ETT-nin, elmin və svilizasiyanın nəzarətsiz inkişafı və insanın təbiətlə qəddar münasibəti elə bir vəziyyətə gətirib çıxarmışdır ki, yer kürəsində svilizasiyanın toxunmadığı nə kiçik bir bitki, heyvan, nə bir damcı su, yemək heç bir şey öz təbii təmizliyində qalmamışdır. Ona görə də 21-ci əsrdə vəziyyət bir sıra mühüm problemlərin həlli məsələsi ilə rastlaşmışdır ki, bunlara qlobal problemlər deyilir.
Qlobal ingilis sözü olub mənasi “bütün dünya” deməkdir. (Globe all) Qloballaşma keçən əsrin 90-cı illərindən diqqət mərkəzində olmağa başlamışdır və hal-hazırda da ən öndə gedən məsələlərdən biridir.
Qlobal iqtisadi problemlər deyəndə bəşəriyyət üçün həlli qaçılmaz olan problemlər nəzərdə tutulur. Bu problemlər bir ölkənin və ya bir təşkilatın gücü çərçivəsində deyil, dünya ölkələri bir araya gəlmələri ilə həll olunan bir məsələdir. Hal-hazırda qlobal iqtisadi problemlər çox şaxəlidir. Bu problemlərin həll olunmaması, ləngiməsi bəşəriyyəti gələcəkdə müəyyən təhlükə ilə qarşı-qarşıya qoya bilər.
60-70-ci illərdə inkişaf limitləri idealarını öyrənən bəşəriyiyətin qlobal problemləri haqqında elm-qlobalistika yaranmışdır. Bir çox alimlər üçün bəşəriyyətin qlobal inkişafı perespektivləri haqqında əsas kimi “Roma klubu” məruzələri oldu.
Roma klubunun ”inkişaf limitləri” haqqında və bir çox nəzəri əsərlərində qlobalistikanın predmeti kimi bəşəriyyət üçün təhlükə yaradır və öz həllini tələb edən problemlərin mahiyyəti həmdə təkamül prosesinin komponenti kimi götürülür. Hal hazırda qlobal problemlərə aid tədqiqatlar get-gedə artır. Lakin bütün tədqiqatların əsas məğzi ondan ibarətdir ki, dünya sivilizasiyasının inkişafı şəraitində bəşəriyyət tam inkişaf etmiş ölkələrin texnogen fəaliyyətinə əsaslanan qlobal ekoloji böhran təhlükəsi var.
Fikirlər arasındakı fərq sadəcə bu fəlakətin vaxtının təyinində mövcuddur. Lakin bütün fikirlər bunu təsdiq edir ki, insan fəaliyyətinin, insanın təsərrüfat fəaliyyətində radikal dəyişikliklər etmədən bu fəlakətdən qaçmaq mümkün olmayacaq.
20-ci əsrdə bəşəriyyət, qloballığın qarşılıqlı olmağını etiraf etməyə səy göstərdi:
Qarşılıqlı təhlükəsizlik konsepsiyasını qəbul edən millətlər liqası bu istiqamətdə 1-ci addımları idi.
2-ci addım isə BMT oldu. BMT nümayiş etdirdi ki, insan zəkası təhlükəsizlik, səhiyyə kənd təsərrüfatı, təhsil, ətraf mühitin qorunması, uşaqların müdafiəsi sahəsində birgə hərəkət etməyə qadirdir. Beynəlxalq insan hüquqları bəyanaməsi sülhün möhkəmləndirilməsi barəsində müqavilələr də buna parlaq sübutdur.
Müassir dünyanın qarşılıqlı əlaqəli və qarşılıqlı mahiyyəti müxtəlif dövlətlərin, xalqların, regionların bir-biri ilə əməkdaşlıq etməyin obyektiv zərurətilə bunun subyektiv qeri mümkünlüyü kimi bir mahiyyət kəsb edir. (Svilizasiya, etnik, konfetsional və edeoloji əngəllər baxımından)
Bu gün bəşəriyyətin yaşadığı reallıqdan qat-qat mürəkkəbdir və bu problemlərdə o özü yaratmışdır. Ona görə də ümid etmək olmaz ki, bəşəriyyət qarşısında duran problemləri yalnız insanın təcrübəsi və sağlam düşüncəsi hesabına həll etmək olar.
Burada bir xoşagəlməz sual ortaya çıxır ki, nəzriyyə nədir və nəzəriyyənin ən ali pilləsi olan elm nədir? Yaxudda elmi qeyri-elmdən nə fərqləndirir? Və burada belə bir ümumiyyətlə elmi nisbi hesab edən bir ifadə ortaya çıxır; Elə bir elmi metod yaxud sadə elmi qaydalar, mövcud deyil ki, hansı ki, hansısa bir tədqiqatın əsasında dayansın və onun elmi olaraq, onun etimad qazanmasına təminat versin. Elmin nisbi hesab edilməsi özü yeni bir qlobal problem ortaya çıxartdı ki, bunu da orta əsrlərə qayıdış adlandırırlar. Elmin nüfuzunun azalması qərbdə artıq çoxalan unudulmuş mistik təlimlərin dirçəlməsinə gətirib çıxartdı. Bunlara aiddir: ağ, qara cadu, ulduz falları, başqa falçılıq növləri və s. bunun cürbəcür yeni formaları.
Elm ictimai dərkin elə bir formasıdır ki, o tarixən yaranmış biliklərin sistemlı məcmusuna əsaslanır və ictimai praktikada onun həqiqiliyi sübut olunur. Elmi biliyin yenilməzliyi, onun əlaqəliliyində, ümumiliyində, labütlüyündə, lazımlılığında və obyektiv həqiqiliyindədir. Maddi həyatın tədqiqatçıları emprik (köhnə) bilikləri riyaziyyatın dilinə tətbiq edirlər ki, bu da bir çox parlaq qələbələrə gətirib çıxarır. Ancaq ruh, zəka, fikir, sahəsində bu metod çox zəif nəticələr verir.
Aristotel deyir ki, göz görmə ətraf mühitdən işıq aldığı kimi qəlbdə, elmdən alır. Elmin əsas məqsədi həqiqi hadisələrin elmin öz qanunları əsassında öyrənilərək həmin hadisələrin tərtibi, izahı qarşıdan gələn və ola biləcək hadisələrin qabaqcadan deyilişidir, geniş mənada desək həqiqətin nəzəri işıqlandırılmasıdır. Elmin biliyin həqiqiliyi kifayət qədər əsaslandırılması prinsipi ilə əlaqədardır.
İnter-subyektivlik isə öz növbəsində bu biliklərin sistemli düzülüşündə əksini tapır. Beləliklə 3 minimal əlamət: Həqiqilik, inter-subyektivlik və sistemlilik zəruliliyi ilə və sistemlilik, zəruriliyi ilə zəruri və qənaətbəxş olması ilə elmi nəzəri bilikdən fərqləndirir.
Elmin strukturana aiddir:
Elmi problemlər
Emprik tədqiqatlar,
Faktların analizi,
Həmçinin faktların analiz və sintezi həmçinin abstraktlaşdırılması əlaqələndirilməsi və ideallaşdırılması.
Dünyanın təbii qanunlar əsasında qurulmuş obrazı hələlik, qənaətbəxş deyildir. Elmin inkişafı mərhələri hələlik bu vəziyyəti dəyişə bilməmişlər.
Bəşəriyyətin qlobal problemlər qarşısında
2 min il ərzində bəşəriyyət çoxlu qlobal problemlərlə rastlaşmışdır ki, hətta planetdə həyatın özü üçün təhlükə yaradır.
Qobal problemlərə öz növbəsində aşağıdakı 11 məsələ aiddir:
1. Dünya nüvə yarışının dayandırılması, nüvəsiz zora əsaslanmayan dünya yaratmaq və qarşılıqlı inam və həmrəliyə, həyati maraqlar çərçivəsində qarşılıqlı konsesusa(eyni fikrə) əsaslanan sosial inkişafı təmin edən dünyəvi şəraitin yaradılması
2. Qərbin inkişaf etmiş ölkələri ilə Asiya, Afrika, Latın Amerikası, inkişaf etmiş ölkələr arasında iqtsadi və mədəni sahədə artan fərqin aradan qaldırılması bütün dünyada iqtisadi geriliyin aradan qaldırılması həmçinin yoxsulluq və savadsızlığın ləğvi .
3.Yeniləşdirilmiş və yeniləşdirilməmiş bütün təbii resurslarla (həmçinin ərzaq, xammal və enerji mənbələri) bəşəriyyətin gələcək iqtisadi inkişafını təmin etmək.
4. Ekololi böhranını aradan qaldırılması hansıki insanın biosfer hücumu nəticəsində fəlakətli vəziyyət yaradır və bunun nəticəsi olaraq ətraf təbii mühitin çirklənməsinə gətrir.(Atmosfer, torpaq, su hövzələri-sənaye və kənd təsərrüfatı tullantıları ilə)
5.Əhalinin yüksək artımının qarşısının alınamsı (demoqrafik partlayışın) hansıki inkişaf etmiş ölkələrdə sosial iqtisadi inkişafı ləngidir. Eyni zamanda inkişaf etmiş ölkəlrədə demoqrafik böhranın aradan qaldırılması hansıki bu ölkələrdə artım olduqca aşağı səviyyədədir. Hətta nəsli əvəz edən səviyyədə belə artım yoxdur.
6. Elmi texniki inqilabın müxtəlif mənfi təsirlərinin əvvəlcədən nəzrə alınması və onların qarşısının allınması və ETT-ni ancaq cəmiyyət və şəxsiyyətin rifahı naminə istifadə edilməsi
İnsan belə vacib qlobal problemlərə malikdir. Yeni minilliyin astanasında qlobal problemlər nə bizim ölkədə nə də bütün dünyada yuxarıda sadaladıqlarımızla bitmir, onlara əlavə olunur:
-Beynəlxalq terrorizm,
-Alkaqol və narkomaniyanın yayılması,
-SPİD-in yayılması və səhiyyənin başqa problemləri,
-Həmçinin təhsil və sosial təminant problemləri, mədəni, irsi və mənvi dəyərlər və s.
Qlobal problemlərin siyahısının yaradılması yox, onların xarakter, xüsusiyyəti və mənşəyinin tərtib edilməsi prinsipial əhəmiyyətiə malikdir. Ən mühüm isə onların elmi cəhətdən əsaslandırılmış və praktik cəhətdən realist həlli üsullarının tapılmasıdır. Onların bir sıra ümumnəzəri sosial fəlsəfi və metodoloji suallarının öyrənilməsi məs bununla bağlıdır.
Həmin bu tədqiqatarın fəlsəfi cəhətdən əsaslandırılması isə fəlsəfi mahiyyətinin sübut olunması
Fəlsəfi analiz həmin fikir horizontallarını təyin edir ki, hansıki bunların fonunda insan həyatında cəmiyyətdə problemli vəziyyətlərə qarşı yaranan rasional münasibət formalaşdırır. Başqa cür desək fəlsəfi analiz bizə imkan verir ki, biz öz maraqlarımız əsasında ortaya çıxan əqli fikirlərimizi, öz səylərimizi bizim özümüzdən narazılığımızı həmçinin bizi əhatə edən ətrafdan narazılığımızı fəlsəfi anlayışların dili ilə ifadə edək. Ancaq bu əsasda rasional hərəkət kursu işlənə, əsaslana və həyata keçirilə bilər.
Cəmiyyətin inqilabi yeniləşmə periodunda fəlsəfənin xüsusi rolu həm də onunla təyin olunur ki, fəlsəfi analiz bizə tarixi şəraitlə hesablaşmağın vacibliyi görmək imkanı verir. Bu isə o deməkdir ki, qeyd-şərtsiz stereo tip mahiyyəti kəsb edən məsələlərin bir çoxu ilə razılaşmalıyıq.
* * *
1.Qlobal iqtisadi problemlər və bu problemlərin yaranma səbəbləri.
Mahiyyəti, Formaları və dinamikası
Müassir dünyəvi iqtisadi düzüm uzun müddət, müxtəlif qüvvə və axınların kövrək və mürəkkəb balansı, mərkəzə qaçan və mərkəzdən qaçan tendensiyaların qeyri sabit tarazlığı kimi qəbul edilmişdir. Amma sonuncu on illikdə planetin ümumi təsərrüfatı, yeganə, mövcudolma mexanizminə malik, bölünməz, bütöv bir orqanizm təsiri bağışlamağa başlamışdır.
Müxtəlif istiqamətli və müxtəlif planlı proseslərin mübarizəsində, müassirlik çağırışlarının milli maraqlar dairəsində toqquşmasında, təsərrüfat sturkturlarının çox şaxəliliyi şəraitində iqtisadi birgə hərəkət daha yüksək dünya iqtisadi əməkdaşlığının formalaşması tendesiyasına yol açır.
Bəşəriyyətin qlobal problemlərinin kəskinləşməsi, onların birgə həllinin labütlüyü ideyasını ortaya çıxarır. Bunun üçün dünyanın aparıcı dövlətləri müxtəlif yollardan istifadə edir, müxtəlif dövlətlərlə əmkədaşlığa girir.
Yaranmış və geri dönməyən, dayanması mümkün olmayan dünyəvi iqtisadi qloballaşma, ümumbəşəri dəyərlər əsasında sivil xalqların arasında ittifaqın yaranmasını göstərir:
· Optimal inkişaf variantlarının işlənməsi,
· Cəmiyyətin, dövlətin və fərdlərin şəxsi maraqlarının nəzərə alınması
· Əməyin yüksək effektivliyi və həyat şəraiti.
Müassir dünya iqtisadiyyatında ümumi və lokal, qlobal və milli maraqların bir-biri ilə qarşılıqlı əlaqəsi artmaqdadır. Dünya iqtisadi problemlərin ümumu mürəkkəbliyi müassir sivilizasiyanın səviyyəsi ilə məhsuldar qüvvələrin inkişafının xarakteri ilə bağlıdır. Bəşəriyyət üçün ön plana 1-ci aşağıdakı ümumi problemlər çəkilir:
1.Yer kürəsində sülhün qorunması,
2.Müharibələrin saxlanması (Kimyəvi, bakteroloji, əsasən nüvə,)
3.Silahartırma yarışının saxlanması, əməkdaşlığın artırılması, lokal və qlobal hərbi münaqişələrin aradan qaldırıması.
Bəşəriyyət üçün daha böyük təhlükə ətraf mühitin faciəvi şəkildə korlanmasıdır və bu kosmosun və dünya okeanının oyrənilməsinə zərurət yaradır.
Bu sahədə ümumi qayğılara aiddir:
İstilik, enerji və ölkələrin xammal təchizatı
Ərzaq təchizatı,aclıq problemi, yoxsuluq, epidemiyalarla, dəhşətli xəstəliklərlə mübarizə (xərçəng, infarkt, QİÇS)
Böyük problemlər həmdə əmək bazarında mövcuddur;
Məşğulluq problemi və işsizliyin artması bütün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr üçün xarakterikdir. Bu problemlərin ümumi dairəsində həmdə insan hüquqularının qorunması və onun həddən artıq dövlət nəzarətindən azad olunması əhəmiyyət kəsb edir.
Qlobal problemlər müxtəlif sahələri əhatə etdiyi üçün bu problemin birgə öyrənilməsi və birgə yanaşılması zərurəti ortaya atır. Dünya ictimaiyyəti öz güc və resurslarını birləşdirməklə qlobal problemləri həll edə bilər. Buradanda yaranmış siyasi və iqtisadi münasibətlər sisteminin qlobal yenidənqurulması zərurəti ortaya çıxır.
Dünyada beynəlxalq həmrəliyin bərqərar olması ideyası get-gedə daha çox kök atır.
Müassir dünyanın inkişafı qərb iqtisadiyyatındakı böhranlı sturukturlara son qoyulması şərqi avropanın iqtisadiyyatı ilə keçmiş SSR-i iqtisadiyyatının tranformasiyası səciyyəvidir. Dünya inteqrasiya yolu ilə gedir:
-Müxtəlif ölkələr arasındakı əlaqələrdən ümumdünya birgə kompleksə doğru
-Dünya normal effektiv fəaliyyəti üçün başlıca şərt ümumi bazarın yaradılmasıdır.(Tam azad ticarət, ölkələr arasında iqtisadi problemlərin birgə həlli)
Müasir dünyanın birgə asılılıq problemlərinə bir-birini tamamlayan 2 konteksdən yanaşmaq lazımdır: Qloballaşma və regionlaşma
Bunlardan 1-cisi siyasət, iqtisadiyyat və ekologiya sahəsində birgə əlaqələrin vacibliyini doğurmuşdur. 2-ci tendensiya isə çoxşaxəli və çox qütblü ölkələr arasında iqtisadiyyatın yaranmasıdır.
Amerikanın beynəlxalq iqtisadi rolunun tədricən itməsi ilə əlaqədar olaraq Asiyanın, Latın Amerikası ölkələrinin, Çin, Şərqi Avropa ölkələri və MDB-yə üz tutması başlaşmışdır. Yeni regional iqtisadi bloqlar, siyasi və iqtisadi təsir, sferasının təyinatı formalaşmaqdadır. Bu problem çərçivəsində özünü saxlama, özünü müdafiə etmə, özünü təmin etmə məsələsi təcili və daimi diqqət tələb edən mühüm məsələdir. Qlobal dünya problemləri çox müxtəlifdir. Lakin onlar bir sıra ümumu cizgilərə aiddir:
Bunlardan hamısı insan taleyi üçün vacibdir.
1.Bunların ləmgidilməsi sivilizasiyanın məhvinə və istehsal fəaliyyətinin tənəzzülünə gətirib çıxara bilər.
2.Onlar bir-biri ilə dərin əlaqələrə malikdir.(siyasi iqtisadi və elmi texniki aspektlər baxımından)
3.Bu problemlərdə dünya iqtisadi əlaqələrininin və başqa ictimai proseslərinin dərinləşməsi və çətinləşməsinə gətirib çıxarır.
4.Onlar bütün dövlət və xalqların səyi nəticəsində aradan götürülə bilər.
Qlobal problemlərin həlli bütün xalqların yaşayışı üçün sivilizasiyanın gələcək inkişafı üçün şərait yaradır.
* * *
Öz mənsubiyyətinə görə, xarakter və həlli üsullarına görə qlobal problemlər 3 qrupa bölünür:
1-ci qrupa inkişaf etməkdə olan və inkişaf etmiş ölkələrin arasındakı qarşılıqlı əlaqə aiddir.(Sülh və müharibə məsləsi, silahlanmanın azaldılması və artırılması)
2-ci qrup problemləri insan-cəmiyyət münasibətləri aiddir.(Əhali artımı, yoxsulluq, aclıq və xəstəliklərlə mübarizə, elmi texniki tərəqqi şəraitində insanın inkişafı)
3-cü qrupa isə cəmiyyət-təbiət münasibətləri sistemindəki problemlər aiddir. (Ətraf mühitin, resursların və enerji mənbələrinin qorunması)
Ümumdünya qlobal problemlər kompleksinin hamısının mərkəzində insan və onun gələcəyi durur.
Qlobal ümumdünya problemləri bəşəriyyət üçün həyat əhəmiyyətlidir. Onların həll olunmaması insanlığın gələcəyi üçün təhlükə yaradır.
Məs: ETT hərbi və dağıdıcı vasitələrin görünməmiş inkişafına gətirib çıxarmışdır. İnsan bütün planeti məhv etmək imkanı qazanmışdır. Alimlər hesablayırlar ki, yığılmış hərbi arsenal (bombalar, silhalar və s.) 58 milyard insanı məhv etməyə qadirdir, bu isə yer üzərindəki əhalidən 11.5 dəfə çoxdur. Başqa bir misal:
İnsanların həyatı üçün istehsalın kimyəviləşdirilməsidə təhlükə yaradır. Müxtəlif kimyəvi vasitələr ərzaq, dava-dərman çirkli hava vasitəsilə insan orqanizminə daxil olur. Bu isə insanların həyatına mənfi təsir göstərir, gələcək nəslin sağlamlığı üçün təhlükə yaradır. Hər il 1000-dən 2000-ə dək zərərli kimyəvi maddə istehlakçılara verilir. Hal hazırda isə bu gün 80 min kimyəvi maddədən istifadə olunur, günü-gündən yeni kimyəvi maddələr kəşf olunur və istehsal sferasına daxil olur.
Qlobal problemlərin təhlükəsi iki nəticəni çıxarmağa imkan verir. Əgər onların inkişaf tendensiyası qalarsa bu əsrimizdə əhali artımının dayanması baş verəcəkdir.
Çox ehtimal ki, artımın kəskin və idarə olunmaz aşağı düşəcəyi halda əhalinin sayının və sənaye istehsalının azalacağı baş verəcəkdir.
Hələki bu tendensiyanın dəyişilməsiylə, bəşəriyyətin iqtisadi və ekoloji vəziyyətini sabitləşdirməklə bu təhlükədən qaçmaq olar.
Qlobal tarazlığı hər bir insanın tələbatını ödəməklə və onun fərdi potensialını təmin etməklə, qlobal tarazlığı əldə etmək olar. Əks halda bəşəriyyəti hansı təhlükə gözləyir??
Millətlərarası və dövlətlərarası münaqişələr, iqtisadiyyatda dinc münasibətlərin pozulması, ətraf mühitin qorunması sahəsində pozulmalar, əhali artımının tənzimləməyin mümkün olmaması, siyasi avanturizmin (boşboğazlığın) artması, şəxsi və dövlət əxlaqının aşağı düşməsi, fərdi eqoizmin, cinayətkarlığın artması, milli və siyasi terorizm, alkoqolizm və narkomaniyanın yayılması.
Şübhəsiz bu düşünməyə imkan verir ki, bu inkişaf çərçivəsində insan daxilində insanlığın, təbiət daxilində isə təbiliyin saxlanması üçün müdrik yollar tapacaqdır. Təsadüfi deyildir ki, 20-ci əsrin sonunda demoqrafiya problemlərinin öyrənilməsinə diqqət xeyli artmışdır;
- planetin ərzaqla təminatı,
- xammal, resurslar təhlükəsizlik və sülhün təminatı,
- ətraf mühitin qorunması.
Qlobal problemlər çox kəskin və mürəkkəbdir, ona görə də bütün ictimai və siyasi xadimlərin ədiblərin, alim sosioloqların, hüquqşünasların, coğrafiyaçıların və tibb alimlərinin diqqət mərkəzində durur. Bütün bunlarla yanaşı bu problemlərin sırf iqtisadi tərəfləri mövcuddur, onlar iqtisadiyyatın strukturuna iqtisadi proseslərərin dinamikasına idarəetmənin effektiv forma və metodlarının tapılmasına təsir edir. Bu qlobal problemlərin öyrənilməsi dünyanın öyrənilməsi çərçivəsində mümkündür.
DEMOQRAFİYA
Müassir sivilizasiya şəraitində insan resurslarının əhəmiyyəti aşkar etiraf olunur. Ona görə də demoqrafik proseslər ən böyük diqqət və tədqiqat tələb edir. Bu sahədə get-gedə artan gərginlik 20-ci əsrin ortalarından başlayaraq hazırki dövr üçün səciyyəvidir.
Bu baxımdan BMT ekspertlərinin nəşr etdiyi statistik göstəricilər çox maraqlıdır. Onlar əhalinin artım dinamikasının son 150 ildə tətdiq edirlər.
İnkişaf etməkdə olan ölkələrin uşaq ölümünün, infeksion xəstliklərin qarşısının qismən alınması ilə əlaqədar müəyyən bir müddətdən sonra demoqrafik partlayışlara gətirib çıxaracaqdır. Bunun səbəbi ondan ibarətdir ki əhali artımı qarışısının alınması yönümündə tədbirlər həyata keçirilmir,bu da işsizlik, ərzaq təminatı, mənzil, elm-təhsildə müəyyən fəsadlara gətirib çıxaracaqdır. Ekspertlərin fikrincə bu inkişaf etməkdə olan ölkələrdə 21-ci əsrin ortalarına kimi davam edəcək, 2100-cü ildə planetin əhalisi 10.5 milyarda çatacaqdır. BU əhalinin 95%-i inkişaf etməkdə olan ölkələrdə yaşayacaqdır.
* * *
Mürəkkəb kompleks mövcuddur: CƏMİYYƏT, İNSAN VƏ TƏBİƏT
Qlobal problemlər ictimai istehsalın mexanizminə və strukturuna təsir edir, istehsalın əsas amili sayılan insan və bütövlükdə insan kütləsinin, bioloji və sosial vəziyyətinə təsir edir. Bu problemlərə əsasən aiddir: yoxsulluğun, aclığın, xəstəliyin, işsizliyin və savadsızlığın aradan qaldırılması.
Hal hazırda yer kürəsində bəşəriyyət tarixində olmamış qədər aclıq mövcuddur. Daxma və komalarda yaşayanların sayı get-gedə artmaqdadır. Əhalinin sayı ilə resursların arasındakı tarazlığın pozulması davam edir. Hal hazırda 6 milyarda yaxın insan var. Gələn əsrdə insanlar 8 milyarddan 14 milyarda kimi artacağı gözlənilir. Bu artımın 90% yoxsul ölkələrin payına düşəcəyi və bu artıma uyğun olaraq maliyyə resurslarının artırılması vacibliyi ortaya çıxır.(Mənzil, tibb, enerji,ərzaq) Hələlik isə əhali artım resursları üstələyir. Bu problem həll etmək üçün əsə aşağıdakı tədbirlər sisteminin həllinə ehtiyac var:
Az inkişaf etmiş ölkələrin sosial iqtisadi və elmi texniki sahədə dinamik inkişaf,
Geridə qalmış ölkələrin problemlərinin həllinə yönəlmiş (kömək məqsədilə)yeni iqtisadi qayda və qanun,
Müstəmləkiçilik və yeni müstəmləkiçiliyin nəticəsi kimi zəif inkişaf etmiş ölkələrdə iqtisadi geriliyin aradan qaldırılması,
Bu məslədə məsuliyyət inkişaf etmiş ölkələrin üzərinə düşür. Beləki iqtisadi kömək xərclərinin böyük hissəsini onlar öz üzərlərinə götürməlidirlər. Az inkişaf etmiş ölkələrdə ağır vəziyyət böyük qlobal problemdir. Bunun əsas 2-ci tərfi vardır,
1- İqtisadi inkişaf şəraitində inkişaf etmiş ölkələrlə inkişaf etməmiş ölkələr arasında böyük uyğunsuzluq,
2- Az İnkişaf etmiş ölkələrin ərazisində aclıq, səfalət, epidemoliji xəstəliklər zonasının qalması
Analiz göstərir ki, iqtisadi pozulmalar, bir tərəfdən kasıb ölkələr tərəfindən digər tərəfdən varlı ölkələr tərəfində pozulur. Lap geridə qalmış ölkələrdə dəhşətlidir. Bu ölkərə kasıblıq və səfalətin ən dərin vəziyyəti müşahidə olunur. Bu qrup ölkələr əsasən Afrikada liderlik edir.
İnkişaf etmiş və az inkişaf etmiş ölkərə arasında ziddiyət yaranmışdır. Dünya iqtisadiyatının yenidən qurulması ancaq onda real əhəmiyyət kəsb edər ki, yoxsul ölkələr dünya birliyinin tam hüquqlu üzvü olsun. İnkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafın tempi bir çox amillərlə bağlıdır. Bunlardan ən əsası yeni müstəmləkiçilikdir. İnkişaf etməkdə olan ölkələr, inkişaf etmiş ölkələrlə birləşmək konsepsiyasını və onun əsasında birləşməməmək hərəkatı yaratmışlar. İnkişaf etmiş ölkələrin beynəlxalq tədbirlərdə iştirakı yeni beynəlxalq iqtisadi rejimə gətirib çıxarır. Onun çərçivəsində həyata keçirilməlidir:
-İnkişaf etməkdə olan ölkələrin ehtiyaclarını qeydiyyatı,
-Onlara iqtisadi baxımdan xüsusi sərfəli rejim təqdim olunması,
-Onlara xüsusi köməyin köməyin labütlüyünün etiraf olunması və yardım proqramını hazırlanması.
80-ci illərin ortalarında inkişafda olan ölklərdə iqtisadi və maliyyə-valyuta vəziyyətinin kəskin düşməsi müşahidə olundu. Bu aşağdakı məsələlərdə özünü göstərdi;
a)Bu ölkələrin xarici borclarını artması
b)Xarici ticarətin səviyyəsi pisləşməsi
c)Əhalinin yoxsuluğunun kəskinləşməsi
İndiyə kimi bu problemlər qlobal xarakter daşıyır və beynəlxalq iqtisadiyyatda islahatların keçirilməsinə maneçilik törədir.
Beynəlxalq münasibətlərdə əsas əhəmiyyət verilir;
Ərzaq probleminə.
Bu problem tək adamları, qrupları və cəmiyyətləri əhatə edir. BMT-nin statistikasına görə planetdə 500 milyona yaxın aclıq çəkən insan var. Hansıki bunlaran 240 milyonu xəstəlik və ölümə məhkumdur. Bu da bütün mənzərəni əks etdirmir, bundan başqa qidalanmanın qənaətbəxş olmaması ucbatından 1 milyard insan əzab-əziyyət çəkir. Əlbəttə bu bir o qədər də gözə görünmür. Məlumatlara əsasən görünməyən aclıq inkişaf etməkdə olan ölkələrin uşaqlarının 1/4-ni əhatə edir.
Bizim dövrümüzdə zəif qidalanma adi hal almışdır. Bu onunla izah olunur ki, ənənəvi qidalar kalorinin-zülal, yağ, və mikroelementləri daşıya bilmir. Təbii ki, bu da insanların sağlamlığına mənfi təsir göstərir, iş qüvvəsinin aşağı düşməsinə səbəb olur, bu da təsərrüfat sektorunda zəifləməyə gətirib çıxarır. Həyat üçün mühüm olan komponentlərin olmaması həm də ciddi xəstəliklərə gətirib çıxarır. Əsasən uşaq və gənclər arasında.
Məlum olduğu kimi aclıq və zəif qidalanma insan yaranadan müşahidə olunur. Lakin hazırki mərhəldə ETT əsrində kənd təsərrüfatı sahasində elə bir həddə gəlib çatmışdır ki, Yer kürəsindəki əhalidən bir neçə dəfə çox əhalini təmin etməyə imkan vardır. İngilis eksperlərini rəyinə görə torpağın müassir istismarı üsulları ilə 10 milyardan çox insanı yedirtmək olar amma bəşəriyyət torpaqdan çox səmərəsiz istifadə edir. Məlumata görə 149 ml kv km yer kürəsinin quru hissəsindən 45 milyon kv km-i kənd təsərrüfatı üçün əlverişlidir. Bununda 1/3-dən az olan hissəsi istismar olunur.
Mütəxəssislər rəyinə görə inkişaf etmiş olkələrə ixrac etmək üçün Asiya, Afrika, Latin Amerikası torpaqlarının ən yaxşı 1/4 hissəsi istismar olunur. Bu çox hallarda məhsulun hamısı kapital qoyan ölkəyə göndərilir. Halbuki ərzaq problemi qlobal problem olduğu üçün istehsal resurslarının planetdə rasional təyinatını tələb edir. Bəşəriyyət kifayət qədər güclü kənd təsərrüfatı üçün məhsuldar qüvvələr yaratmışdır. 20-ci əsrin 2-ci yarısında kənd təsərrüfatında maşınlara keçidlə əlaqədar, gibrit toxum sortlarının yaranması ilə biotexniki inqilab baş vermişdir. Bütün bunlar sivilizasiya şəraitində imkan verirki, inkişaf etməkdə olan ölkələrin normal həyatla təmin eyməyə imkan verir. Ərzaq probleminin həll edilməsi o deməkdir ki, əhalini keyfiyyət və miqdarca elə ərzaq assortimentlərlə təmin etsin ki, bu onun normal istehsal və iş qüvvəsi təmin etsin.
Ərzaq probleminin qloballığı 3 şərtlə təyin edilir:
1.Yer kürəsinin hər sakini hər bir ölkə bununla üzləşir.
2. Bunun həlli dünya xalqlarının birgə səyindən asılıdır.
3.Müxtəlif sahələrin ixtisaslaşması müxtəlif sahələr üzrə aparılır, beləki tropik ölkələrdəki banan, ananas, çay, kofe və s. soyuq ölkələr üçün yetişdirilir. Nisbətən soyuq yerlərdə yetişdirilən buğda və başqa dənli bitkilər tropik ölkələrə göndərilir.
Ərzaq problemi təkcə 20-ci əsrin 2-ci yarısının problemi olmamışdır. Bu əvvəlki əsrlərdə də müxtəlif formada baş vermişdir və bunun səbəbi olmuşdur, quraqlıq, yağıntı və başqa təbiət hadisələri.
Amma indiki ərzaq problemi isə sosial-iqtisadi xarakter daşıyır.
Bunlara aiddir:
1.Sənayeləşmə prosesinin həyata keçirilməsi, hansıki əhalinin kənddən şəhərə axınına gətirib çıxarmışdır.
2.Əhalinin güclü artımı.
3.İnkişaf etməkdə olan ölkələrdə kənd təsərrüfatındakı aşağı məhsuldarlıq.
Qlobal problemlərə həmdə bir çox səhiyyə problemləri də aiddir. Bunlar hər bir fərdlə yanaşı bəşəriyyətində maraq dairəsindədir. Bu indiki və gələcək nəslin taleyinə təsir edir.
Bunlara aiddir:
Epidemiyalar, xəstəliklər, infeksiyalar və s. Bunlara qarşı mübarizə tək dövlət çərçivəsində az effektlidir. Ölkələr arasında razılaşdırılmış beynəlxalq, tədbirlər lazımdır.
1851-ci ildə Parisdə 1-ci beynəlxalq səhiyyə konfransı çağırılmışdır ki, burada da 13 beynəlxalq səhiyyə konvensiyası qəbul edilmişdir.
Konvension xəstəliklrə aiddir: taun, vəba, qara yara, yatalax, sarı qızdırma və SPİD.
19-cu əsrin sonunda və 20-ci əsrin əvvəllərində aşağıdakı beynəlxalq təşkilatlar yaranmışdır:
1.Beynəlxalq Qızıl Xaç Komitəsi-1863
2.Beynəlxalq İctimai gigiyena bürosu-1907
3.Millətlərin səhiyyə təşkilatı-1919
4.Ümumdünya səhiyyə təşkilatı-1948
Səhiyyənin qlobal problemlərinə aiddir:
Tibbi bioloji tədqiqatların beynəlxalq kordinasiyası,
Epidemoloji proseslərin müşahid sistemi və epidemiyaya qarşı mübarizə,
Ürək damar onkoloji və başqa epidemoloji xəstəliklərə qarşı mübarizə üsullarının hazırlanması və öyrənilməsi,
Biosferin mühafizəsi və sağlamlaşdırılması,
Dərmanların keyfiyyətinə, səmərəliliyinə və mənfi təsirlərinə nəzarət,
Az inkişaf etmiş ölkələrin səhiyyəsinə kömək və milli kadrların hazırlanması,
Rasional qidaların əldə edilməsi.
Alimlər hesab edirlər ki, qlobal problemlərin həllində əsas kriteriyalarrdan biri insan sağlamlığıdır.
* * *
Sülhün Qorunması, Silahların azaldılması
2-ci dünya müharibəsi qurtardıqdan bu günə kimi hərbi istehsalın dəyişdirilməsi baş vermiş və bəşəriyyət silahlanmaya nəhəng vəsait sərf etmişdir. Ekspertlərin hesabatına görə 1950-1990-cı illər arasında hərbi məsrəflər 20 trilyon dollara çatmışdır. ABŞ-da hər il 300 milyard dollar xərclənmişdir. Keçmiş SSR-də bu rəqəm 200-220 milyard arasındadır. 90-cı illər üçün (London Beynəlxalq tədqiqatlar institunun məlumatı)
Bununlada hərbi məsrəflər ümumi istehalın
ABŞ-da 6 %-ni,
Almanyada 3 %-ə yaxın,
Yaponyada 1%-ni təşkil edir.
Hərbi sənayedə çalışan əhalinin sayı:
ABŞ-da-3.35 milyon,
AFR-də-290 min,
İsveçdə-28 min .
İnkişaf etməkdə olan zonalarda, yoxsulluğun artması sosial ədalətsizliklər, işsizlik, təsərrüfatdakı periodik pozulmalar, hərbi toqquşmalar, daxili və dövlətlərarası və bu kimi neqativ halların artmasının əsas səbəbi, silahlanma yarışının nəticəsi kimi hərbi məsrəflərin artmasıdır.
Beləliklə paradoksal stiuasiya yaranmışdır:
Bir tərəfdən bu iqtisadi çətinliklər, müxtəlif böhran hadisələri, təsərrüfatın inkişafının qeyri-sabitliyi, inkişaf üçün lazım olan resurslara ehtiyac; digər tərəfdən isə tədricən iqtisadiyyatın hərbiləşdirilməsi prosesi, bu da özünü onda göstərir ki, hərbi xərclərin artım tempi yeniləşir, onun ümumdünya silahlanma xərclərində yeri artır və resusrların israfına heç cürə haqq qazandırmaq olmur və heç cürə haqq qazandırıla bilməyəcək resusrların israfına gətirib çıxarır. Beləliklə 1970-ci ildən 1985-ci ilədək inkişaf etməkdə olan ölkələrin hərbi xərcləri 7.2 %-dən 17.7 %-ə çatmışdır. Məbləğ isə keçən əsrin ortalarında 150 milyard dollara çatmışdır. Nəzərə çatdırmaq lazımdır ki, hərbi xərclərin artırılması inkişaf etməkdə olan ölkələrdə hərbiləşdirmənin formasıdır. Afrikada məsələn təkcə 80-ci illərdə hərbi xərclər 2 dəfə artmışdır. Onun ümumi istehsalda xüsusi çəkisi inkişaf etmiş ölkələri keçmişdir. Bununla bərabər Latın Amerikasında yaxın keçmişdə hərbi xərclər azaldılmışdır. Bu isə onunla izah olunur ki, hərbi xərclər təsərrüfatın ağır vaxtında təsərrüfata yönəldilmişdir. Bunu faktiki Latın Amerikası ölkələrinin bir çox liderləri etiraf etmişlər. Onlar hərbi xərclərin azaldılması barədə deklorasiya imzalamış və bundan qənaət olunmuş vəsaitləri öz ölkələrinin sosial-iqtisadi inkişafına yönəltmişlər.
Asiyada keçən əsrin axırlarında çox kəskin bir vəziyyət yaranmışdır, hansıki hərbi xərclərə vəsait ayırmaları kəskin artımı tendensiyası götürülmüşdür:
Bir qrup ölkələrdə-təcavüzkar qüvvələrin təsiri altında xaricdən idarə olunur, Digər ölkələrdə isə bu siyasətə qarşı öz təhlekəsizliyini təmin etmək üçün.
Məlum olduğu kimi artan hərbi xərclər dövlət büdcəsinə neqativ təsir edir. Çünki hərbi xərclərin xüsusi çəkisinin artımı inkişaf etməkdə olan ölkələrin büdcəsində həmin xərclərin təhsil və səhiyyədən kəsilməsi ilə müşaiyət olunur. Hansıki bu sahələrdə həmin ölkələr güclü ehtiyac hiss edir. Beləliklə həmin ölkələr zəif milli gəlir şəraitində büdcənin böyük bir hissəsini hərbi xərclərə ayırır ki, sənayenin inkişafına az vəsait qalır. Ona görə də büdcə böhranının yaranması üçün məsuliyyət hərbi xərclərin artması üzərinə düşür. Büdcə böhranı isə öz növbəsində infilyasiya və ağır sosial iqtisadi çətinliklərə gətirib çıxarır. Bununla əlaqədar bir çox inkişaf etməkdə olan ölklərdə dövlət büdcəsi hərbi xərclərin ağırlığına tab gətirməyərək dövlət tərəfindən silahlı qüvvələri köhnə silah və sursatları satmaq hesabına özünü maliyyələşdirmə formasına keçirməyə çalışırlar. Lakin bu da hərbi xərclərin qeyri məhsuldar israfında yaranan itkiləri azaltmağa qadir deyildir. Nəzərə almaq lazımdır ki inkişaf etmi ölkələrdə də bu proses açıq aydın hiss olunur və bu çox uzun xarakter daşıyır. Bir çox inkişaf etmiş ölkələrdə hazırda əvvəlki illərin hərbi xərcləri üçün indi əziyyət çəkmək lazım gəlir. Hərbiləşdirmənin labüt yol yoldaşı olan dövlət borcu köhnə hərbi texnikanın sıradan çıxması ilə əlaqədar əmələ gəlir. Hazırki nəsil nəinki indiki hərbi xərclərdən həmçinin bundan əvvəlki, dövlətçiliyində hərbi xərclərə ayırdığı vəsaitində ağrlığını çəkir. Hərbi xərcləri davam etdirməklə hökumət gələcək nəslidə iqtisadi inkişafdan məhrum edir. Bundan əlavə hərbiləşdirmə ETT-nin mahiyyətini müassir cəmiyyətdə eybəcərləşdirir. İnsan zəkasının ən yüksək nəaliyyətlərini insanlığı məhv etmək üçün daha güclü və daha təkminləşmiş vasitələr istehsal etməyə yönəldir. ETT-hərbi təsərrüfatın strukturunda elə irəliləyişlər tətbiq edir ki, bu zaman texniki təchizata sərf olunmuş xərclərin xüsusi çəkisi şəxsi heyəti saxlamaq üçün sərflərin xüsusi çəkisindən artıq olur. Aydındır ki, inkişaf etməkdə olan ölkələr üçün iqtisadi çətinliklər yaradır. Çünki onların silahlı qüvvələrinin texniki təchizatının əsas hissəsi xaricdən alınır. 60-70-ci illər arasında ikişafda olan ölkələrdə xaricdən alınan hərbi texniki təchizat çəkilən xərc 4 dəfə artmışdır. Hazırki, mərhələdə bu göstərici daha çox artmışdır. Bu ölklər dünya bazarına çıxan silahın ¾-ə qədəri ixrac olunur. Eksprtlərin hesabatına görə inkişaf etməkdə olan ölkələrinin borclarının 1/4 –i silah borcudur.Bəlkə bir az da çox. Beləki, hərbi gücü artırmaq üçün alınan materialların əkəsriyyəti qeyri-hərbi adla gətirilir. Məs: Hərbi təyyarə və texnikanın işlətmək üçün neft və s. Bu curə materialların borclarının artımı rəsmən hərbi idxala aid olmur. Amma borc borcdur. Bundan başqa hərbi materialın idxal alunması iqtisadiyyatının inkişafını pisləşdirir və əhalinin sisial vəziyyətini aşağı salır. Çünki o inkişaf etməkdə olan ölkələri onlar üçün lazım olan xarici məhsullardan məhrum edir. Nəhayət silahın belə yığılması bu ölkələrdə hərbi qüdrət illuziyası yaradır və onların qonşuları üzərində asan qələbə qazanmaq fikri yaradır ki, bu da daxili və dövlətlərarası münaqişələrə gətirib çıxarır.
Təhlükəsizlik və sülh problemləri yeni yanaşmalar (80-ci illərin 2-ci yarısında dünya ictimaiyyəti tərəfindən təsdiq olunmuş) silahlanma iqtisadiyyatdan silahsizlaşdırma iqtisadiyyatına keçid məsələsinə qoydu. Bunu belə də demək olar ki, hərbi istehsalatı onun gücünü və hərbidə çalışan insanların bütünlükdə mülkü sferaya yönəltməkdir. Bununla bərabər konversiyanın (dəyişmə) labütlüyü və məqsədyönlülüyü hər mənalı qəbul olunmur. Onun həyata keçirilməsi yolunda iqtisadi və sosial əngəllər yaradır. 2 əsrdir ki, hərbi istehsalın iqtisadi inkişafında rolu barəsində mübahisə davam edir.
Uzun müddətdir ki, əsasəndə inkişaf etmiş zonalarda fikir yaranmışdır ki, hərbi sənaye kompleksinə qoyulan vəsait iqtisadiyyatı stimuliyasiya edir. Beləki bazar tələbatının stabilzator rolunu oynayır və istehsal gücününü yüksəlməsini təmin edir, iş yerləri yaradaraq ETT-ni stimulzasiya edir.
Lakin son illər Daha çox təsdiq olunur ki, hərbi xərclər iqtisadi və texnoloji inkişafı tormozlayır. Amierika alimlərini rəyinə görə bu cürə xərclər infilyasiya xarakteri daşıyır. Çünki hərbi müəssisələrin işçilərinin maaşı həmin malların satışının genişlənməsinin heabına verilmir, bundan başqa isə hərbi istehsal mülkü sahələrdən ən yaxşı xammalın və texniki mütəxəsislərin ən yaxşısını özünə cəlb edir. Hərbi sənaye kompleksinin manapoliyası və onun təminantlı bazarı onların məhsuldarlığını aşağı salır və mülkü sahələrdə müqayisədən onlarda istehsalın gecikməsini artırır.
Müassir mütəxəssislər göstərir ki, hərbi sitehsalın mülki istehsala konversiyası (keçidi) işsizliyi də artırmır. Çünki, hərib istehsaldan 1 dənə iş yeri yaratmaq üçün mülkü istehsaldakından 4 dəfə artıq kapital qoymaq lazım gəlir. Beləki hər bir milyard dollar vəsait mülkü sahədə yarada biləcəyi iş yerlərindən 40 min az iş yeri yaradır. (hərbi sahədə)
Misal gətirək: Pentaqonun 1 milyard dollar vəsaiti təxminən 48 min iş yeri yaradır. Eyni məbləğ səhiyyədə 76 min maarif sistemində 100 min iş yeri yaradır. İnkar etmək olmaz ki hərbi texnikanın inkişafı aviasiya və cəmiyyətin başqa həyat sferasında bir sıra yeniliklər yaratmışdır. Bununla belə BMT-nin məlumatına görə hərbi texnikadakı yeniliklərin 20%-dən də azı sülh məqsədlərinə istifadə olunmur. Əgər nəzərə alsaq ki, 20% effekt üçün 40%alim və mühəndislər çalışır, onda aydın olur ki, hərbi proqramlarada ETT-ə əngə törədir. Beləliklədə aydın olur ki, resursların sülh məqsədlərinə yönəldilməsinə bütün ölkələrin hayatı maraqları çərçivəsindədir.
Mütəxəssislər hesab edirlər ki, dünya hərbi xərclərinin 10%-i qlobal problemlərin həllinə yönlələrsə bu kütləvi aclığa, savadsızlığa və xəstəliklərərə son qoyar, 100 milyonlarala adamın yoxsulluğunu aradan qaldırar, planetdəki ekoloji fəlakətin qarşısını alar. Bütün bunlarla yanaşı konversiyanını həyata keçırilməsi əvvəlcə bir sıra problemlərin həllini tələb edir. Çünki konversiya iqtisadiyyatın strukturlu yenidənqurması ilə əlaqədardır Müəssisənin hərbi istehsaldan mülkü məhsul istehsalına keçirilməsi ekspertlərin fikrincə kompaniya və müəsisələrə hökumət köməyi tələb edir.(Modernizasiya həyata keçirilməsi üçün) Başqa bi problem də hərbi sənayenin iqtisadi effetivliyinin artırılmasıdır. Çünki bayaq dediyimiz kimi həribi istehsalın təminantlı bazar sistemində iqtisadi effektivliyin aşağı vəziyyətində onu mülkü sahədə kommersiya bazarında rəqabətə tab gətirən yüksək mənfəətli bir sahəyə çevirmək üçün bu da hökumətin köməyini tələb edir. Konversiyanın həyata keçirmək üçün hazırlıq mərhələsi diversifikasiya(hərtərəfli, rəngarəng, geniş miqyaslı) proses tələb edir. Yəni hərbi istehsalda və hərbi müəssisələrin fəaliyyətində mülkü isteksalın rolunu artmsını. Bu təkcə yeni mülkü istehsalda işləyə bilən kompaniyaların yaradılması ilə bitmir həm də mu sahədə alınan gəlirlərin mülkü sahəyə yönəldiləsi ilə həyata keçirilir.
Şübhəsiz ki, silahlanmanı dayandırmanın iqtisadi tərəfi maraq yaradır. BU məslənin gedişində yeni problem ortaya çıxır ki, bunu nə ABŞ nə də Rusiya həll etməyə qadir deyildir.Söhbət çox dəyərli materiallardan gedir ki, onlar perespektivd çoxlu enerji mənbəyi ola bilər. Lakin hal-hazırda yüksək zənginləşdirilmiş uranın AES üçün yanacağa çevirən texnologiya yoxdur. Ona görə də bu material üçün saxlama yeri tələb olunur. Bundan başqa kimyəvi silahların minlərlə tankın, topun və bronetexnikanın ləğvi proqramı güclü vəsait tələb edir. Bütün bunlarda ona gətirib çıxarır ki, müxtəlif ölkələr konversiya məsləlsinə müxtəlif cür reaksiya verirlər yəni bir mənalı yanaşmırlar.
Məsələn ABŞ-sa konversiyanın mənfi tərəflərindən biri kimi ön plana 600 min yüksək ixitisaslı mütəxəssisin işlə təminatı məsələsi ön plana çəkilir. Bütün bunlaral yanaşı konversiyanın həyata keçirilməsi artıq nəticələr verir:
Hərbi mütəxəsislərdə qeyri-hərbi mhsulun faizi kifayət qədər yüksəkdir. Beləki 90-cı illərdə hərbi sənaye kompleksində müxtəlif malların xüsusi çəkisi aşağıdakı kimi olmuşdur:
1.Müxtəlif dəzgahlar-15%
2.Neft-qaz çıxaran qurğular-32%
3.Hesabama texnikası-85%
4.Alminium prokat-93%
5.Radio qəbuledicilər, televizorlar videomaqintafonlar, tikişmaşınları, foto apparatlar-100%
6.Soyuducular-92.7%
Bütün bunlar hərbi sənaye kompleksinin böyük elmi istehsalat potensialından istifadənin mümkünlüyündən xəbər veriri. Mütəxəssislər hesab edirlər ki, hərbi müəssisələrin əksəriyyəti, yüngül və ucuz məhsullar istehsal etməyə yaralı deyil ona görə də mülkü məhsulların texnoloji xarakteriskası konversiya ounmuş istehsalatın xarakterinə uyğun gəlməlidir.
Ekoloji problemlər 200-ci əsrin 60-cı illərindən başlayaraq mütəxəsislər planetimizin ekoloji vəziyətini faciəvi qiymətləndirilər. Əsas böhran vəziyyəti inkişaf etmiş və inkişaf etməkdəolan əraziləri bürümüş olan təbiətin, torpağın tənəzzülü, müşələrin qırılması və havanın çirklənməsidir. 30 il ərzində yaşıl inqilab taxılın istehsalınıda 2.5 dəfə artırmışdır. Bununla belə 1984-cü ilədən bəri dənli bitkilərdə ciddi bir artım müşahidə olunmur. Əksinə artımın ləngiməsi və yığımda əngəllər müşahidə olunur. Bu isə təkcə taxıl yetişdirmək üçün təzə texnologiyanın olmaması ilə yox həm torpağın yorulması ilə əlaqədardır. Təbiət 1 sm qara torpağı 300 ilə yaradır. Bəşəriiyət isə həmin 1 sm-i 3 ilə istismar edir. Üstəlik onu duzlarala kimya ilə öldürür. Torpaq fondunun qeyri rasional istifadəsi torpağın erroziyasının dəhşətli dərəcədə artırmışdır.
Bundan başqa kifayət qədər ciddi problem yaradır meşələrin qırılması.
Bu da öz növbəsind daşqınlara yaşıllığın məhvinə, bataqlıqların yaranmasına, sürüşmələrə su hövzələrinin quruması, hidroenerji potensialının azalması azalmasına gətirib çıxarır. Sirr deyilki, meşələrin qırılması kənd yerlərində ağacın yanacaq kimi istifadə olunması ilə dəd bağlıdır. (Təxminən 1.3 milyon inkişaf etməkdə olan ölkələrdə ağacdan yanacaq kimi istifadə olunur)
Meşələrin qırılmasının başqa bir səbəbi də əkin sahaləri yaratmaq məqsədi ilə meşələrin qırılmasıdır. Afro-Asiya ölkələrində meşələrin qırılması hesabna əkin sahələri 50% artırılmışdır. Latın Amerikasında isə 92 milyon hektar meşələrdən 79 mion hektarı qırılıb əkinə verilmişdir. Bunun nəticəsi kimi böyük asılılıqlar ortaya çıxmışdır:
Qarşıya qoyulan məqsədlərin ərzad və energetika problemlərinin həlli üçün meşələrin qırılmasını tələb edir, bu isə öz növbəsində təbiətin tənzzülünə əkin sahələrinin keyfiyyətdən düşməsinə gətirib çıxarır ki, bu da həmin məsələləri həll etməyə imkan vermir. Nəzərə almaq lazımdır ki, meşə massivlərinin nəzərə almaq lazımdır ki, meşə massivlərinin nəzərə çarpacaq dərəcədə itirilməsi ekoloji balansın regional məhvi qlobal miqyasda pozulmasına gətirib çıxarır. Kifayətdir ki, ağır nəticə kimi hidroliji tsiklin pozulması oksigenin atmosferə qəbulunun azalması göstərir. Buna aydın misal Amazon çayı rayonudur (Braziliya) Planetin ən rütubətli regionu və dünya içməli suyunun böyük ehtiyatlarının özündə olan zona kimi..
BU proses mühüm rol tropik meşələr oynayır. Hansı ki, rutubətin yarıda çoxunu özünə çəkir və onun tədricən buxarlanmsını təmin edir.
Həmçinin çətin vəziyyət son vaxtlar içməli su ilə də mövcuddur. Hansıki ümumi suyun 3%-ni təşkil edir.
* * *
Qloballaşma dövründa Azərbaycan Respublikasının Sosial iqtisadi problemləri
Müəyyən dövrlərdə elə hadisələr baş verir ki, hər bir dövlətin və xalqın mövcudluğunu müəyyənləşdirəcək qədər vacib olur. Dünya tarixinin XIX-XX əsrləri türk dünyası, türk xalqları üçün heç də müsbət məqamlarla yadda qalmayıb. Çox təəssüflər olsun ki, XXI əsrə də bu xarakterdə başladıq və davam edirik. Məlumdur ki, XIX əsrin əvvəllərindən bəri müxtəlif vaxtlarda, müxtəlif yollarla Azərbaycanın Zəngəzur, Dərələyəz, İrəvan xanlığı, Göyçə mahalı əlimizdən alındı. Hal-hazırda isə Qarabağ münaqişəsinin siyasi, iqtisadi, sosial problemləri göz önündədir. Azərbaycan xalqının bu faciənin ağrısını çəkdiyi bir dövrdə türk dünyasının əvvəlki faciəvi tarixləri təkrarlanır.
Proseslərin pərdəarxası elementləri ondan ibarətdir ki, müstəqil inkişafa başlamış türk dövlətləri və o cümlədən Azərbaycanın inkişaf perspektivləri bütün hərbi-siyasi, iqtisadi vasitələrlə gərginləşdirilir. Demokratiya pərdəsi altında, gah pərdələnmiş, gah da açıq şəkildə gələn zərbələrin əsas məqsədi türk dünyasını getdikcə, məqsədyönlü şəkildə parçalamaq, müxtəlif yollarla tarixi torpaqlarını ələ keçirmək, onları digər xalqlar arasında əritməkdir.
Bu günkü ABŞ – Avropa demokratiyasının tam məqsədyönlü xarakter daşıdığını başa düşməmək sadəcə, sadəlövhlükdür. Bunu başa düşüb fəaliyyət göstərməmək isə korafəhmlikdir. “Demokratiya müdafiəçiləri” Gürcüstanın ərazi bütövlüyünü tanıyır, onun bərpasına çalışırlar. Azərbaycan üçün isə “xalqların öz müqəddəratının təyin edilməsi” həlledici amil kimi qəbul edilir. Bunu həyata keçirmək üçün ardıcıl, məqsədyönlü iş görülür. Həyasızlığın, riyakarlığın nümunəsi budur ki, bu ədalətsiz proseslərə Türkiyə Respublikası da vasitəçi kimi qatılır. Dərin təhlillərlə silahlanmış ölkələr müsəlman, türk dünyasının parçalanmasının ən sadə yolunu başa düşürlər. Bu, daxili ixtilaflardır. Bu baxımdan Türkiyə Respublikasının son günlərdəki siyasəti iki məqamda təhlil etmək olar: Türkiyə-ABŞ-Avropa münasibətləri və Türkiyə-Türk dünyası. Qısa deyək ki, bunun çözümü dərin siyasi, iqtisadi-sosial araşdırmalar tələb edir. Türk dünyasına, o cümlədən Azərbaycana birbaşa hadisə – Türkiyə-Ermənistan arasında imzalanmış Diplomatik əlaqələrin qurulmasına dair Protokol buna misaldır. Protokolda iki ölkənin maraqlarına xidmət etmək məqsədi ilə mehriban qonşuluq münasibətlərinin qurulması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə ikitərəfli əlaqələrin inkişafı nəzərdə tutulur. Digər tərəfdən, iki ölkə arasında sərhədlərin beynəlxalq hüquqla təsdiqlənmiş formada tanınması, sərhədlərin açılması ilə bağlı razılıq əldə edilib. Digər tərəfdən Rusiya xarici işlər naziri S.Lavrovun sözlərinə görə, protokollar tərəflərin dövlətlərarası əlaqələrinin tam həcmdə normallaşdırılması istiqamətində fəaliyyətini müəyyənləşdirir.
Yenə təkrara ehtiyac var. Bəli, bütün bunlara böyük dövlətlərin Ermənistanın əli ilə Azərbaycanın torpaqlarına edilmiş təcavüz üzərində qurulur və türk dünyasının iki perspektivli ölkəsi hesabına Ermənistanın ölü iqtisadiyyatını diriltmək istəyirlər. Əvvəl yalnız Rusiyanın türk dünyasına qarşı sillə vuranı olan Ermənistan öz ağalarının sayını artırır.
Türk dünyası bu sualların səbəb və nəticələrinin cavabını tapmalı və tam çılpaqlığı ilə BMT tribunasından xalqlara, dövlətlərə bəyan etməlidir.
Eyni zamanda türk dövlətləri tərəfindən diplomatik siyasi-iqtisadi mübarizə vasitələri, yolları hazırlanmalı və həyata keçirilməlidir. Ürək ağrıdan, çox təəssüf doğuran hər bir vicdanlı türkü üzən odur ki, Türkiyə diplomatiyası bu qədər aciz olmamalı idi. Onsuz da onun xülya kimi siyasi, iqtisadi düşüncələrinin həyata keçirilməsinə imkan verməyəcəklər. Azərbaycan faktiki olaraq siyasi arenada təklənib. Bu konteksdə öz tariximizlə, cəmiyyətin inkişaf mərhələləri ilə bağlı, siyasi, iqtisadi-sosial səpgidə ümumiləşdirmələr aparılmalı, yeni motivdə yeni fəaliyyət proqramı işlənməlidir. Necə deyərlər, biz bir millət kimi özümüzü göstərməliyik.
Bu zaman dövlətçilik, milli mənlik, məğrurluq, dünyəvi prinsiplər yeni motivlər almalıdır.
İlk növbədə, dövlətçiliyin, cəmiyyətin əsas aparıcı istiqamətləri üzrə mərkəzlər, institutlar yaradılmalıdır. Artıq olmuş, təkrarlanmış, təkrarlanacaq hadisələri şərh etməklə kifayətlənən müasir milli şüur forması qəbuledilməzdir. İkincisi, Azərbaycan dövlətçiliyinin, cəmiyyətin elmi əsaslar üzərində inkişafı, ölkəmizə qarşı aparılan siyasətin nəticəsi olaraq milli zəminli diplomatik, iqtisadi, sosial, mədəni-mənəvi konkret proqramlar işlənib həyata keçirilməlidir. Artıq bir həqiqəti anlamaq vaxtı çatıb ki, qabaqcıl ölkələrin qazandığı hər bir yenilik gərgin, istiqamətlənmiş əməyin, sistemli idarəetmənin məhsuludur.
Üçüncüsü, problemsiz, qürur doğuran həyat tərzi üçün iqtisadiyyatın fəlsəfi əsasları zəruridir. Başqa sözlə desək, mövcud şərait və onun doğuracağı fəsadlar sosial-iqtisadi meyarlara yeni təfəkkürlə yanaşılmasını tələb edir.Çünki artıq Ermənistan sosial-iqtisadi inkişafın start xəttinə çıxarılıb, marafon məsafəsində isə büdrəmələr yeni siyasi, iqtisadi sosial faciələrə səbəb ola bilər.
Belə bir şəraitdə, mövcud siyasi, iqtisadi-sosial vəziyyət və onun doğuracağı problemlərin xarakterindən asılı olaraq qlobal iqtisadiyyatın istiqamətləri müəyyənləşdirməlidir. İqtisadi-sosial konsepsiyanın əsasını yeni əlverişli coğrafi mövqe, təbii sərvət, dünya dövlətlərinin elmi-texniki nailiyyətləri ilə uzlaşması təşkil etməlidir.
Azərbaycanın iqtisadiyyatının yüksəlişi üçün əsas istiqamətlərindən biri sənayenin, kənd təsərrüfatının emal sahələrinin məhsulunun dünya bazarına çıxışının təmin edilməsidir. Xammalın kompleks emalı, tullantısız texnologiyaya keçid xalq təsərrüfatının istehsal və qeyri istehsal infrastrukturunu müəyyənləşdirən və formalaşdıran başlıca istiqamət olmalıdır.Çünki xammalın emalı etapları dərinləşdikcə yeni texnika və texnologiyaya, peşələrə, ixtisaslara, yeni infrastrukturlara tələbat artır.
İdarəetmə aparatının hər vəsiləsinin yeni məsuliyyətli dövr üçün müvafiq konsepsiyası hazırlanmalı, onun yaxın və uzaq gələcəyi üçün vəzifələri müəyyənləşməlidir.
Azərbaycanın ekoloji problemləri
Son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnmişdir. Əksər ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Bu baxımdan, ekoloji siyasətin əsasını təşkil edən ətraf mühitin sağlamlaşdırılması sahəsində nəticə əldə etmək məqsədilə respublikamızda Avropa qanunvericiliyinin tələblərinə uyğunlaşdırılmış bir sıra mühüm qanunlar qəbul olunmuş, normativ-hüquqi sənədlər, dövlət proqramları hazırlanmış və təsdiq edilmişdir. Respublika üçün aktual olan ekoloji problemlərin dayanıqlı inkişaf prinsipləri əsasında həll edilməsi məqsədilə müvafiq dövlət proqramları çərçivəsində tədbirlər görülür.
Lakin, uzun illərdən bəri yığılıb qalmış ekoloji problemləri iqtisadi keçid dövründə olan Azərbaycan Respublikasının daxili imkanları hesabına həll etmək mümkün deyildir.
Azərbaycan Respublikasının əsas ekoloji problemləri aşağıdakılardan ibarətdir:
- su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsi, o cümlədən transsərhəd çirklənməyə məruz qalması;
- yaşayış məntəqələrinin keyfiyyətli su ilə təminatının aşağı səviyyədə olması, şirin suların tələbatçılara çatdırılana qədər itkisinə yol verilməsi, kanalizasiya xətlərinin azlığı;
- sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer havasının çirklənməsi;
- münbit torpaqların deqradasiyaya uğraması (eroziya, şoranlaşma və s.);
- bərk sənaye və məişət tullantılarının, o cümlədən təhlükəli tullantıların tələb olunan səviyyədə idarə olunmaması;
- biomüxtəlifliyin seyrəkləşməsi;
- meşə ehtiyatlarının, faunanın, o cümlədən balıq ehtiyatlarının azalması.
* * *
ETT müassir şəraitdiə qlobal proseslərə mürəkkəb və ziddiyətli təsir edir. Bir tərəfdən ETT birbaşa sosial iqtisadi tərəqqi ilə əlaqədardır. Şübhəsiz ki onun inkişafı əmək məhsuldarlığını artmasına təbii resursların qənaətinə dünya iqtisadiyyatının beynəlmiləlləşməsinə, və ölkələrin qarşılıqlı asılılığına gətirib çıxarır. Digər tərəfdən digər ziddiyətlər kimi iqtisadi ziddiyətlər artır və dərinləşir. Bunlar arasında qane olunmaz tələbatın artması, yeni nəaliyyətlərin tətbiqi ilə əlaqədar mənfi nəticələr, (çirklənmə, qəzəlar, katastroflar) İstehsalatın intensivləşdirilməsinin mənfi təsiri, insan amilinə lazimi qiymət verilməməsi, əxlaqi etik problemlərin inkişafı, (kompüter cinayətləri, total informasiya nəzarəti və s.) ona görədə yeni texniki tədqiqatların, texniki təhlükəsizlik məsələsi ortaya çıxır.
Qlobal xarakterli vacib problemlərdən biri də, enerji mənbələrindən sui istifadədir ki, bu da həm həmin mənbələrin tükənməsinə, həm də onların küyfiyyətcə zəifləməsinə gətirib çıxarır. Bütün dünya üçün əsas vacib nəticələrdən biri də, ETT-nin müxtəlif nəticələri üçün məsuliyyətin tam itməsi ola bilər. Bu onunla ifadə olunur ki, bir tərəfdən insan özünü yaşatma- insan instinqti bunu inkar edir, digər tərfdən isə buna qarşı olan təlabat günbə gün artır. Nəhayət ETT-nin mühüm aspektidə onun tsiklik qeyri sabit xarakteridir. Hansı ki müxtəlif ölkələrdə sosial iqtisadi problemləri artırır və onları ümumiləşdirir. Elə periodlar olur ki, iqtisadi istehsal şəraitinin pisləşməsi, ETT-dən iqtisadi effekt alınmasını ləngidir və ondan alınan gəlirləri ziyanlı tərəflərini konpensasiya etməyə yönəlir ki bu da sosial problemləri bir az da artırır. Beləliklə iqtisadi inkişafın qeyri sabitliyi artır. Beynəlxalq rəqabət artır ki, bu da xarici iqtisadi ziddiyətlərin kəskinləşməsinə gətirir. Onun nəticəsindədə proteksionizm (himayəçilik, gömrük rüsumunun artması), ticarət və valyuta müharibələri güclənir. ETT beynəlxalq əmək bölgüsünün mürəkkəb xarakterini rasional şəkildə dəyişir. Beləki aftomatlaşmanın yeni formaları, inkişaf etmiş ölkələri ucuz işçi qüvvəsi, üstünlüyündən məhrum edir. Elmi texnniki məlumat və xidmətlərin artar eksportu-ixracı inkiçaf etmiş ölkələr tərəfindən müstəmləkiçilik aləti kimi texnoloji müstəmləkiçlik aləti kimi istifadə edirlər.
Ramazan Seyidov 2010 cu il